Меню
Разработки
Разработки  /  Начальные классы  /  Тесты  /  1 класс  /  I sinfə aid ümumi sınaq imtahanı

I sinfə aid ümumi sınaq imtahanı

I sinfə aid ümumi sınaq imtahanıcan dili

Azərbaycan dili - 20 sual

Riyaziyyat - 25 sual

Həyat bilgisi - 15 sual

30.05.2017

Содержимое разработки

Riyaziyyat (I sinif)


1) 7 ədədinin evində 3-ün qonşusu hansı ədəddir?

a) 3 b) 2 c) 4


2) 8,10,12,13,14,16... ardıcıllığını pozan ədəd hansıdır?

a) 12 b) 13 c) 14


3) 19,16,13,10,7,4,1.ardıcıllığında sağdan üçüncü ədəd hansıdır?

a) 7 b) 10 c) 13



4) 3+ +7=16 ifadəsində yerində hansı ədəd olmalıdır?


a) 10 b) 8 c) 6


5) Azalan 13, fərq 7-dir.Çıxılan neçədir?

a) 4 b) 6 c) 8


6) Zəminənin 9 yaşı var. Aqil ondan 4 yaş kiçikdir. Aqilin neçə yaşı var?

a) 5 b) 4 c) 6


7) Mənlə 2-ni toplasan 16 edər. Mən hansı ədədəm?

a) 12 b) 13 c) 14


8) Mənim ikiqatıma bir əlavə etsən 15 alınar. Mən hansı ədədəm?

a) 5 b) 6 c) 7


9) 2+6 ifadəsinin qiymətini taparkən irəliyə hansı ədədləri sayırsan?

a) 2,3,4,5,6 b) 3,4,5,6,7,8 c) 4,5,6,7,8


10) Ədəd oxu üzərində 9-dan 3 vahid sola getsən, hansı ədədin üzərində dayanmalısan?

a) 5-in b) 6-nın c) 7-nin


11) Samirin 7 topu, 3 şarı var. Samirin şarlarının sayı toplarının sayından nə qədər azdır?

a) 7 b) 3 c) 4


12) 4+7=11 ifadəsinə uyğun çıxma əməlləri hansı sıradadır?

a) 11-7=4 b) 11-7=4 c) 11-4=7

11-5=6 11-4=7 11-3=8



13) Hansı üç ədəd bir ailəyə aid deyil?

a) 2,5,7 b) 9,10,19 c) 4,6,8


14) Qırmızı karandaş 10 sm-dir. Sarı karandaş ondan 2 sm qısadır. Sarı karandaş neçə santimetrdir?

a) 10 sm b) 12 sm c) 8 sm


15) Yemiş 7 kq-dır, qarpız ondan 2 kq ağırdır. Qarpız neçə kiloqramdır?

a) 5 kq b) 7kq c) 9 kq


16) Bir qrafin 6 fincan su tutur. 2 belə qrafin neçə fincan su tutar?

a) 8 fincan b) 10 fincan c) 12 fincan


17) 1onl.2 təkl.+ 3 təkl.=.... ifadəsinin qiyməti hansıdır?

a) 1 onl.3 təkl. b) 2 onl. 3 təkl. c) 1 onl.5 təkl.


18) Səbinə 30 qəpiklik dondurma almaq üçün satıcıya 50 qəpik pul verdi. Satıcı Səbinəyə neçə qəpik pul qaytarmalıdır?

a) 10 qəp. b) 20 qəp. c) 30 qəp.


19) Hansı sırada bir ədəd ailəsinə məxsus əməllər verilmişdir?

a) 4+9=13 b) 8+6=14 c) 7+8=15

9+5=14 6+8=14 9+6=15

13-9=4 14-6=8 15-8=7

13-7=6 14-8=6 16-9=7


20) Hansı fiqurun 4 tərəfi bir-birinə bərabərdir?

a) üçbucağın b) düzbucaqlının c) kvadratın


21) Ədəd oxu üzərində 13,12,11,10 geriyə sayma hansı misala uyğundur?

a) 13-4 b) 14 - 4 c) 14+4


22) İki-iki 10-a qədər saydıqda hansı ədədi söyləmirsiniz?

a) 6 b) 4 c) 5


23) 19-dan 4 vahid kiçik ədəd hansıdır?

a) 17 b) 15 c) 13


24) 16- =7 misalında çıxılan neçədir?


a) 9 b) 8 c) 7


25) 1 onluq 3 təkliyi olan ədəd hansıdır?

a) 13 b) 11 c) 12







Azərbaycan dili (I sinif)


1) Əlifbamızda neçə hərf var?

a) 33 b) 31 c) 32


2) Hansı hərf 2 səs verir?

a) l b) k c) m


3) Yalnız sait səslər olan cərgə hansıdır?

a) a,ı,n,o,u,e,ə,i,ö

b) a,ı,o,ö,ü,c,e,ə,i

c) a,ı,o,u,e,ə,i,ö,ü


4) Səslər birləşərək nə əmələ gətirir?

a) söz b) heca c) cümlə


5) Sözlər nələrdən yaranır?

a) səslərdən

b) hərflərdən

c) hecalardan


6) Söz birləşməsi və cümlə nələrdən əmələ gəlir?

a) sözlərdən

b) hərflərdən

c) hecalardan


7) Səslə hərfin fərqi nədir?

a) səsləri deyirik, hərfləri eşidirik

b) hərfləri yazırıq,səsləri görürük

c) səsləri deyirik və eşidirik, hərfləri isə yazırıq və görürük


8) Hansı hecanı sətrdən-sətrə keçirmək olmaz?

a) 2 səsli b) 3 səsli c) 1 səsli


9) Məktəb, kitab, dəftər, parta, qələm, şagird- sözlərini əlifba sırası ilə düz və yaz.

________________________________________________________________________________________________________________________


10) Əlifbamızda neçə sait və neçə samit səs var?

a) 23 samit və 9 sait

b) 23 sait və 9 samit

c) 23 samit və 5 sait


11) Hansı bəndəki söz sətrdən-sətrə düzgün keçirilməyib?

a) Respub-li-ka-mız

b) Res-pub-li-ka-mız

c) Respub-li-kam-ız


12) Hecalara düzgün ayrılan söz hansıdır?

a) Rə-şad-ət-li

b) Xe-yir-xah-lıq


13) Cəmdə olan sözlər sırasını tapın.

a) ağaclar, meşələr, güllər, çiçəklər

b) ağaclar, meşələr, salamla, silahlan

c) kitab, dəftər, güllər, çiçəklər


14) “Qəm”-sözünü hansı yaxınmənalı sözlərlə əvəz etmək olar?

a) qəzəb, hirs

b) kədər, dərd

c) qorxu, həyacan


15) “Qətiyyən, heç vaxt”-sözlərini hansı yaxınmənalı sözlə əvəz etmək olar?

a) Yox b) Xeyr c) Əsla


16) Həm insan adları, həm də çiçək adları bildirən sözlər sırasını tapın.

a) aslan, şahin, tərlan, durna, turac

b) bənövşə, lalə, qərənfil, yasəmən, qızılgül

c) mirvari, zümrüd, firuzə, inci,almaz


17) Əksmənalı sözlər sırasını tapın.

a) gecə-gündüz, uzun-qısa

b) hündür-uca, böyük-iri

c) ərik-qaysı, yemiş-qovun


18) “Çoxbilmişlərdənsinizmi”- sözü neçə hecalıdır?

a) 8 hecalı b) 6 hecalı c) 7 hecalı


19) Birhecalı sözlər sırasını göstərin.

a) dərs, kitab, şagird

b) yurd, xərc, bağban

c) ləng, bərk, sərt


20) “Düzgünlük”-sözünün 2-ci hecası hansıdır?

a) lük b) gün c) düz


















Həyat bilgisi (I sinif)


1) Hansı hüququndur ?

A) təhsil almaq B) xəstə olmaq

C) dərsə getməmək D) yerindən danışmaq


2) Sağlam olmaq nə sayılır ?

A) vəzifə B) hüquq C) borc D) işin


3) Kömək üçün hansı sözlə dostuna müraciət edərdin?

A) zəhmət olmasa B) sağ ol

C) yaxşı yol D) getmək lazımdır


4) Ailə üzvlərinizin sizə qayğısına necə cavab verirsən?

A) Heç nə demirəm! B) Təşəkkür edirəm! C) Qayğı göstərmirəm. D) Təşəkkür etmirəm.


5) Şagird necə olmalıdır?

A) yalançı B) dərs oxumayan

C) çalışqan D) utancaq

6) Ayan səliqəsiz, tənbəldir. Samirə səliqəli, çalışqandır. Bu qızlardan hansında müsbət keyfiyyətlər var ?

A) Ayan B) Samirə

C) Lamiyə D) Nərgiz


7) Pis xüsusiyyət hansı ola bilər?

A) paxıllıq B) çalışqanlıq

C) səmimilik D) düzlük


8) Bayrağımızdakı yaşıl rəng nəyin rəmzidir?

A) islamın B) müasirliyin

C) türklüyün D) dostluğun


9) Dinimiz hansıdır?

A) xristian B) yəhudi

C) islam D) buddizm


10) Müqəddəs kitabımız hansıdır?

A) Quran B) Riyaziyyat

C) Azərbaycan dili D) Həyat bilgisi


11) Hansı ibadətgahdır?

A) məktəb B) ev

C) Kəbə D) şəhər


12) Piyadalar üçün qırmızı işıq yandıqda nə etməliyik?

A) yolu keçməliyik

B) dayanmamalıyıq

C) səkidə dayanmalıyıq

D) maşına yol verməməliyik

13) Əgər metroda uşaq yaşlı adama yer vermirsə, onda ................... gözlənilmir.

A) yalan B) səmimilik

C) hörmət D) dostluq


14) Yeməkdən əvvəl nə etməliyik?

A) əllərimizi yumalıyıq

B) dişlərimizi yumalıyıq

C) evi süpürməliyik

D) həyəti yığışdırmalıyıq



15) İşıqfor nə üçündür?

A) yolu keçə bilmək üçün

B) yemək yemək üçün

C) maşına minmək üçün

D) sağlam olmaq üçün


-80%
Курсы повышения квалификации

Информационные технологии в работе учителя начальных классов: создание дидактических материалов к уроку с помощью программного обеспечения SMART Notebook

Продолжительность 72 часа
Документ: Удостоверение о повышении квалификации
4000 руб.
800 руб.
Подробнее
Скачать разработку
Сохранить у себя:
I sinfə aid ümumi sınaq imtahanı (19.4 KB)

Комментарии 0

Чтобы добавить комментарий зарегистрируйтесь или на сайт

Вы смотрели