Меню
Разработки
Разработки  /  Начальные классы  /  Уроки  /  3 класс  /  Hissələr,kəsrlər dərsinin icmalı

Hissələr,kəsrlər dərsinin icmalı

Qruplarla iş: Qruplara iş vərəqləri paylanılır:“ Hər qrupa düzgün həll etdiyi tapşırığın əvəzinə sözlər veriləcək. Sonuncu tapşırığı yerinə yetirdikdən sonra qrup liderləri verilən sözlərdən Azərbaycanın ən gözəl guşələrindən biri olan, 8 may 1992- ci il tarixində mənfur düşmənlərimiz tərəfindən işğal olunan "Şuşa"ya aid cümlə quracaqlar.” (hər qrupa müxtəlif cümlələr verilir)

30.05.2017

Содержимое разработки

Müəllim: Əhədova Aynurə

Azərbaycan dili (III sinif)

Mövzu:”Hissələr, kəsrlər”

Standartlar:

  • 1.1.8. Ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir.

  • 1.3.7. Ədədin hissəsini və hissəsinə görə ədədi tapır.

Məqsəd:( gözlənilən şagird nailiyyəti)

  • Kəsrin tamdan kiçik olduğunu başa düşür.

  • Kəsrin tamın bərabər hissələrini ifadə etdiyini başa düşür.

  • Şəklə görə bütövün müəyyən hissəsini sözlə və kəsrlə ifadə edir.

  • Şəklə görə əşya qrupunun müəyyən hissəsini sözlə və kəsrlə ifadə edir.

  • Kəsrin surətinin və məxrəcinin nəyi ifadə etdiyini başa düşür.

İnteqrasiya: Azərbaycan dili, Təsviri incəsənət

Dərsin tipi: İnduktiv.

İş forması: Kollektiv və kiçik qruplarla iş.

Üsullar: Beyin həmləsi, müzakirə.

Resurslar: Dərslik, şəkillər, iş vərəqləri, kompüter, proyektor.

Dərsin gedişi:

Motivasiya:(10 dəq)

Proyektor vasitəsilə:

“ Ac kirpi” nağılı nümayiş etdirilir:

Bir gün kirpi bərk acmışdı. O, meşədə özünə yem axtarmağa başladı.Birdən alma ağacından bir almanın düşdüyünü gördü. Cəld almanı götürdü. Almanı yemək istəyirdi ki, bir səs eşitdi.

-Dostum, mən də acmışam, almanı birgə yeyək?

Almanı tapan kirpi dedi:

- Yaxşı, gəl almanı iki bərabər hissəyə bölək.

Kirpilər almanı aralarında bərabər böldülər.

Suallar verilir

-Uşaqlar, hər kirpiyə nə qədər alma düşdü?

Tədqiqat sualı:- Hər kirpiyə düşən almanı riyazi olaraq necə ifadə etmək olar?

-Hər kirpiyə almanın bir hissəsi düşür.

Tədqiqatın aparılması:(10 dəq)

Dərsliklə iş aparılır.Şagirdlər dərslikdəki və iş dəftərindəki tapşırıqları elektron lövhədə yerinə yetirirlər.

Qruplarla iş: Qruplara iş vərəqləri paylanılır:“ Hər qrupa düzgün həll etdiyi tapşırığın əvəzinə sözlər veriləcək. Sonuncu tapşırığı yerinə yetirdikdən sonra qrup liderləri verilən sözlərdən Azərbaycanın ən gözəl guşələrindən biri olan, 8 may 1992- ci il tarixində mənfur düşmənlərimiz tərəfindən işğal olunan "Şuşa"ya aid cümlə quracaqlar.” (hər qrupa müxtəlif cümlələr verilir)

Məlumat mübadiləsi:(10 dəq)

Qrup işləri tamamlanır. Hər qrupun nümayəndəsi öz işlərinin nəticəsını təqdim edir. Müzakirələr aparılır. (5 dəq)

Nəticə və ümumiləşdirmə:(3 dəq)

Müəllim: Gəlin dərsin əvvəlində qoyduğumuz tədqiqat sualına qayıdaq. Tədqiqatlardan sonra məlum oldu ki, bütöv olmayan tamın bir hissəsidir və bu hissə kəsrlə göstərilir.




Yaradıcı tətbiqetmə:(2 dəq)

“Verilmiş kəsrlərə uyğun fiqurları rəngləyin.

Ev tapşırığı:

Mövzuya aid məsələ tərtib edin.

Qiymətləndirmə:(5 dəq)

Meyar cədvəlinə əsasən qiymətləndirmə aparılır.









QİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ

Meyarlar



Qruplar

Kəsrin tamın bərabər hissələrini ifadə etdiyini başa düşür.

Şəklə görə bütövün müəyyən hissəsini sözlə və kəsrlə ifadə edir.



Əməkdaşlıq

edir.





Nəticə

Xarıbülbül





Şuşa qalası





Cıdır düzü





İsa bulağı






-80%
Курсы повышения квалификации

Профилактика нарушения зрения у детей и подростков

Продолжительность 72 часа
Документ: Удостоверение о повышении квалификации
4000 руб.
800 руб.
Подробнее
Скачать разработку
Сохранить у себя:
Hissələr,kəsrlər dərsinin icmalı (87.59 KB)

Комментарии 0

Чтобы добавить комментарий зарегистрируйтесь или на сайт